
Bu həftə Threads-in veb versiyası istifadəyə verilə bilər
Sosial Media
22.08.2023
Emil
The Wall Street Journal-ın öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Meta şirkəti bu həftə Threads servisinin veb versiyasını istifadəyə verəcək. Qeyd etmək lazımdır ki, hal hazırda Threads yalnız mobil tətbiq formatında mövcuddur və onun interfeysi məhz smartfonlar üçün nəzərdə tutulub. Lakin Threads-in veb versiyası ondan noutbuk və stolüstü kompüterlərdə istifadəni daha rahat edəcək.
İstifadəçilər hal hazırda da ayrı-ayrı Threads paylaşımlarını veb üzərindən oxuya bilərlər. Lakin servisin bu formada fəaliyyəti ciddi şəkildə məhdudiyyətlərə sahibdir. Keçən həftənin sonunda Instagram-ın rəhbəri Adam Mosseri qeyd etmişdi ki, Threads-in veb versiyası artıq şirkət daxili testlərdən keçir və o, yaxın zamanda istifadəyə veriləcək. Digər tərəfdən Threads-in dəqiq şəkildə bu həftə ərzində istifadəyə veriləcəyi 100%-lik deyil. Şirkət bu mövzuda müddəti dəyişə də bilər.
Paylaş
Bənzər xəbərlər