Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumilikdə nə qədər pul xərcləyiblər?

Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumilikdə nə qədər pul xərcləyiblər?

Sosial Media
01.07.2020 PAYLAŞIM

    Sensor Tower şirkətinin analitiklərinin hesablamalarına əsasən bu ilin ilk 6 ayı ərzində istifadəçilər ümumilikdə Google Play-də və App Store-də 50.1 milyard dollar vəsait xərcləyiblər. Bu isə 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.

- App Store oyunlara, tətbiqlərə olmuş abunəlikdən və alış-verişlərdən 32.8 milyard dollar qazanc əldə edib


- Google Play 6 ay ərzində 17.3 milyard dollar qazanc əldə edib.

    Tinder adi tətbiqlər sırasında istifadəçilərin ən çox pul xərclədikləri tətbiq kimi liderliyini qoruyur. Belə ki, bu servis App Store və Google Play-dən ümumilikdə 433 milyon dollar vəsait əldə edib. İkinci yerdə Youtube (431 milyon dollar), üçüncü yerdə isə TikTok (421 milyon dollar) durur. Təkcə bu ilin ilk 6 ayı ərzində istifadəçilər 71.5 milyard dəfə tətbiq yükləyiblər. Bu göstəricinin 18.3 milyard yüklənməsi App Store platformasının, 53.2 milyard yüklənməsi isə Google Play platformasının payına düşür.

    Yüklənmə sayına görə tətbiqlər arasında liderliyi TikTok, Whatsapp Zoom tətbiqləri qoruyurlar. İstifadəçilərin mobil oyunlara xərcləri 21.2% yüksələrək ümumilikdə 36.6 milyard dollar təşkil edib. Bunun 22.2 milyard dolları App Store platformasının, 14.4 milyard dolları isə Google Play platformasının payına düşür. Mobil oyunlar arasında liderliyi PUBG Mobile (1.3 milyard dollar gəlir), Honor of Kings (1 milyard dollar gəlir) və Monster Strike (632 milyon dollar gəlir) oyunları tuturlar.



DAHA ÇOX


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..


TikTok Montana ştatında qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət edib..

Keçən həftə məlum oldu ki, Montana öz ərazisində TikTok-u tamamilə qadağan etmiş ilk ABŞ ştatı oldu...

×