main-post-cover

    'Buta Airways'in son reklamına Ukraynada etiraz! (Femen)

    25.10.2017
    Farid Pardashunas
        Taleh Yüzbəyovun rol aldığı son "Buta Airways" reklam çarxı Rusiya və Ukraynada olan forumlarda ciddi müzakirə mövzusuna çevrildikdən sonra, bu dəfə Kiyevdə "Femen" qruplaşmasının üzvü olan xanım tərəfindən ciddi etirazla qarşılanıb. "YÜZ Production" tərəfindən ərsəyə gətirilən reklam çarxının seks çağırışına yönəldiyi iddia olunur. 
        Reklam çarxı Azərbaycanda çox böyük maraq oyandırsa da, sözügedən rolikin ukraynalılar tərəfindən heç də yaxşı qarşılanmadığı açıq-aydın görünür. Reklam çarxının seks turizminə yönəlik olmasını iddia edən ukraynalı istifadəçilər, forumlarda məsələni ciddi şəkildə müzakirə ediblər. Mövzunun, qadının seks obyekti kimi təsvir olması ilə bağlı olduğunu iddia edən "Femen" qruplaşması isə həmin reslə hərəkət edən sərnişinlərə qarşılama mərasimi hazırlayıb. Hava limanında çılpaq qadın əlində TofikZakir plakatları ilə sərnişinləri qarşılayıb. Ağır tənqid ilə rəsmi saytlarında yayımladıqları məlumatda isə ukraynalı xanımlarına olan bu hörmətsizliyə görə aviaşirkətdən üzr istəmələri tələb olunub.
    Şəkilin yayımlandığ mənbə: femen.org


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər