Logo
    main-post-cover

    ByteDance şirkətinin Lemon8 adlı sosial şəbəkəsi ABŞ-da aktiv şəkildə məşhurlaşır

        ABŞ hökumətinin TikTok ilə bağlı məsələləri müzakirə etdiyi bir vaxtda ByteDance şirkətinə məxsus olan digər sosial şəbəkə ABŞ-da məşhurlaşmağa başlayıb. Söhbət, Lemon8 adlı sosial şəbəkədən gedir. Sözügedən sosial şəbəkə gənc icma arasında kontentlərin mübadiləsi üçün nəzərdə tutulub. Lemon8 foto və ya video ilə müşaiyət edilən mətn formatında iri həcmli paylaşımların yaradılması imkanını verir. Sosial şəbəkə daxilində olan ən məşhur mövzulara misal olaraq moda, fitnes, səyahət və kulinariyanı gətirmək olar. Sosial şəbəkə daxilində ana səhifə abunəliklər və hər bir istifadəçinin maraqları əsasında formalaşır.
        TikTok-dan fərqli olaraq Lemon8 bir növ Instagram ilə Pinterest-in birləşməsidir. App Store-un ABŞ regionu üzrə yüklənmə sayına görə Lemon8 tətbiqi artıq Pinterest və Tinder-i geridə qoyub. Əslində Lemon8-in kimə məxsus olduğu sualına sadə bir cavab yoxdur. Kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən sözügedən layihə ByteDance şirkətinə məxsusdur. Görünür, bu məlumat həqiqətdən heç də uzaq deyil. Tətbiqin App Store-dakı səhifəsində tərtibatçı kimi Sinqapurun Heliophilia Pte adlı şirkəti qeyd edilib. Bu şirkət isə öz növbəsində yerli TikTok-un baş ofisinin yerləşdiyi ünvan üzrə qeydiyyatdan keçirilib. ByteDance ilə əlaqəsinin olduğu güman edilən Lemon8 platforması TikTok kimi ABŞ hökuməti tərəfindən ciddi nəzarətə alına bilər. 
    Paylaş
    Bənzər xəbərlər