Logo
    main-post-cover

    ByteDance TikTok daxilində fərdi alış-veriş bölməsini istifadəyə verəcək

        TikTok-un sahibi olan ByteDance şirkəti Project S adlı proqramı işə salacaq. Şirkət sözügedən proqram vasitəsilə özünün online ticarət sahəsindəki mövcudluğunu genişləndirməyi hədəfləyib. Hal hazırkı mərhələdə şirkət TikTok-a Trendy Beat adlı yeni funksiyanı inteqrasiya edib. Söhbət, məşhur videolardakı məhsulların alış-verişlərini reallaşdırmağa imkan verən satış bölməsindən gedir. Bu funksiya üzərindən reklam olunan bütün məhsullar ByteDance şirkətinin strukturuna daxil olan digər şirkət tərəfindən Sinqapurda istehsal edilir və Çindən gətizdirilir.
        Qeyd etmək lazımdır ki, ByteDance online ticarət sahəsində yeni bir şirkət deyil. Belə ki, onun portfoliosunda artıq TikTok Shop adlı platforma mövcuddur. Kənar satıcılar bu platforma vasitəsilə öz məhsullarını sata bilirlər. Bununla belə platforma satışlardan öz komissiyalarını da əldə edir. TikTok-a inteqrasiya edilmiş Trendy Beat adlı funksiya sayəsində isə ByteDance bütün qazancı özünə götürə biləcək. TikTok rəsmiləri artıq təsdiqləyiblər ki, hal hazırda Trendy Beat funksiyasının beta testi reallaşdırılır. Məlumata əsasən Project S layihəsi ByteDance şirkətinin öz məhsullarını satmaq cəhdidir.
    Paylaş
    Bənzər xəbərlər