Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar: Səbəb nədir?

Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar: Səbəb nədir?

Sosial Media
30.06.2020 PAYLAŞIM

    Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmış 59 tətbiqin öz ölkəsində çalışmasına qadağa qoyub. Siyahıda TikTok, WeChat Weibo kimi məşhur servislər var. Bu barədə CNBC saytı xəbər verib. Hindistan hökuməti qeyd edib ki, bu tətbiqlər ölkə suverenliyinə, bütövlüyünə, təhlükəsizliyinə, müdafiəsinə və ictimai asayişinə zərər verən fəaliyyət ilə məşğuldurlar.

    Məlumata əsasən Hindistan hökuməti bu tətbiqlərin əslində hansı işlərlə məşğul olduqları barəsində məlumatlar əldə edib. Məlumatda qeyd olunub ki, həmin tətbiqlərdən istifadəçi məlumatlarının oğurlanmasında və onların gizli şəkildə Hindistandan kənarda yerləşən serverlərə ötürülməsində istifadə olunurlar. Sözügedən tətbiqlərin Hindistanda qadağan olunması dedikdə nəyin nəzərdə tutulması hələ biinmir. Belə ki, bu tətbiqlər Google PlayApp Store platformalarında müstəqil şəkildə yerləşirlər.


    Bununla yanaşı Hindistan TikTok servisinin ən böyük bazarlarından biridir. Belə ki, bu ilin aprel ayında qeyd olunmuş 2 milyard yüklənmənin 30%-i məhz Hindistan bazarının payına düşüb. Counterpoint tədqiqat şirkətinin analitiki Tarun Pathak qeyd edib ki, bu qadağa Hindistandakı hər üçüncü smartfon istifadəçisinə təsir göstərəcək. Sanksiya siyahısına düşmüş bütün tətbiqlərin ümumi istifadəçi kütləsi isə 500 milyondan çoxdur. Hindistanda qadağan olunmuş servislərin siyahısı aşağıdakı kimidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok özünün Stories funksiyasını istifadəyə verib

Qısa videolar formatı istifadəçilər arasında çox məşhurlaşıb. TikTok servisi isə bu formatın bütün d..


Youtube Premium Lite abunəlik sisteminin testinə start verilib

Youtube videoservisi özünün Youtube Premium abunəliyinin Lite versiyasını Avropanın bir sıra ölkəsin..


1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib..

Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası büt..


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..

×