main-post-cover

    'ClimateLaunchpad' Azərbaycan 2019 startap akselerasiyası proqramının Ölkə Finalı baş tutub!

    Sosial Media
    31.07.2019
    Emil Nəcəfov
        Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə, “EY Azerbaijan” və “Azərkosmos” ASC-nin əsas tərəfdaşlığı ilə beynəlxalq “ClimateLaunchpad” Azərbaycan 2019 startap proqramının Ölkə Finalı keçirilmişdir! 28 müraciət içərisindən seçilən 10 startap layihəsi akselerasiya təlimlərində iştirak hüququ qazanmışdır. Seçilmiş layihələr proqramın Azərbaycanda rəsmi təşkilatçısı “SİL” MMC innovasiya mərkəzinin mentor komandası tərəfindən və Hollndiyadan gələn Mentor təlim vermişdir. Proqramın finalına buraxılan komandalar "Coloroll", "Climasel", "Biopesterm", "Aquair", "Healwith", "Eco Solutions", "Cleanera", "Airflec", "EN-IO", "Caspian Lithium” olmuşdur. Onlardan finalda 8 komanda iştirak etmişdir.. Proqramın final mərhələsinin münsiflər heyətinin üzvləri Samir Qurbanov, Günel Fərəcova, Mahmud Əliyev və Emil Civişov olmuşdur. Proqramın finalı 27 iyulda baş tutmuşdur. Qalib olan “Airflec”, “Climasel” və “Eco Solutions” startapları Noyabr ayında Amsterdamda keçiriləcək dünya finalına qatılma hüququ qazanmışdır.
        Proqrama qəbul olan layihələri dünya finalına qədər hansı proseslərdən keçirlər?
    "ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir:
    Mərhələ 1: Kamp (Bootcamp)
    Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı
    Mərhələ 3: Ölkə Finalı – Demo Day
    Mərhələ 4: "Dünya Finalı" – Niderland
    Startaplar nə qazanacaqlar?
        Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.

    Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:
    – Birinci yer: € 10,000 avro,
    – İkinci yer: € 5,000 avro,
    – Üçüncü yer: € 2,500 avro.
    – Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)
    – Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!
        Ötən il Azərbaycan nəyə nail oldu?2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq üçüncü dəfə baş tutur və iştirak edən 35 ölkə arasında “ClimateLaunchpad” tarixində ən çox müraciət alan ölkə 2018 ildə 83 layihə müraciəti alan Azərbaycandır.
        2017-ci ildə 35 ölkənin iştirak etdiyi “ClimateLaunchpad” proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçdilər. Və ölkə finalında “ən yaxşı 3” startap dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular! Hazırda öz layihələri ilə Edinburq şəhərində “Greenhouse” inkubasiya proqramında layihələrini inkişaf etdirirlər.

        2017-ci ildə ölkəmizdə adını hamının eşitdiyi Reyhan Camalova (Rainergy layihəsinin təsisçisi) öz layihəsi haqqında məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başlamış, proqrama seçilən uğurlu layihələrdən biri olmuş və məhs ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatınız qazanmışdır. Proqramdan sonra ClimateLaunchpad – in davam edən mentor dəstəyi vasitəsilə, ClimateLaunchpad proqramının mentorlarından biri, “Sil.” həm-təsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etmiş və bildiyiniz kimi İvanka Tramp tərəfindən təşəbbüsünə görə tərif almışdır. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu
        Əsas və rəsmi təşkilatçı: Bir daha xatırladaq ki, “ClimateLaunchpad” akselerasiya proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzidir.
        Sponsorlar: Proqramın həyata keçirilməsində “Sil.” – in əsas tərəfdaşları EY Azerbaijan və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir Azerbaijan qurumlarıdır.
        Proqramın həyata keçirilməsində ölkəmizdə daima innovasiyaları dəstəkləyən “Coffee Moffie” və “Badamlı sulari” proqramın əsas qida sponsorudur.
        Tərəfdaşlar: Proqramın həyata keçirilməsində “Sil.” – in əsas media tərəfdaşları Technote Media, Edumap və Real TV təşkilatlarıdır. Proqramın məkan tərəfdaşları Baki Ali Neft Məktəbi.
    Linki kopyala