main-post-cover

    Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

    Sosial Media
    22.07.2021
    Farid Pardashunas
        Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edilib. Bundan sonra istənilən Android iOS istifadəçisi sözügedən sosial şəbəkənin tətbiqindən rahatlıqla istifadə edə biləcək. Qeyd etmək lazımdır ki, bundan əvvəl Clubhouse-dan yalnız dəvətnamə vasitəsilə istifadə etmək mümkün idi. Yəni hər hansısa istifadəçi bu sosial şəbəkəyə daxil olmaq üçün digər şəxsdən dəvətnamə əldə etməli idi. İndi isə bu sistem ləğv edilib. Dəvətnamə sisteminin ləğv edilməsi münasibətilə tərtibatçılar tətbiqin yeni versiyasını təqdim ediblər və o artıq Google Play ilə App Store-da aktivdir.
        Clubhouse təmsilçilərinin sözlərinə əsasən ilkin mərhələdə dəvətnamə sistemi ona görə inteqrasiya edilmişdi ki, onlar serverlərin güclərini tədricən artırmaq istəyirdilər. Şirkət həmçinin bir sıra statistikanı da təqdim edib. Beləliklə verilmiş məlumata əsasən şirkətin işçi sayı 10-dan 58-ə yüksəlib. Bugünki günə olan statistikaya əsasən Clubhouse-da 500.000 otaq mövcuddur və bununla belə sosial şəbəkənin istifadəçi kütləsi 10 milyon təşkil edir. Tərtibatçılar gələcəkdə 1-2 həftədən bir Clubhouse üçün yenilənmələr təqdim etməyi planlaşdırırlar. Həmin yenilənmələr sosial şəbəkənin funksionallığını genişləndirəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər