main-post-cover

    Clubhouse ilə rəqabət üçün Instagram-a audio otaqlar əlavə ediləcək

    Sosial Media
    08.03.2021
    Farid Pardashunas
        Clubhouse servisinin məşhurluğunun artması fonunda bir çox sosial şəbəkə öz platformalarında Clubhouse funksiyalarını reallaşdırmağa başlayıb. Görünür, Instagram da istisna olmayacaq. Bir neçə müddət bundan öncə tərtibatçılar Instagram-a Live Rooms adlı qrup videozənglərini əlavə etmişdilər. Məlumata əsasən indi isə tərtibatçılar Live Audio Rooms adlı funksiya üzərində çalışırlar. Bu barədə məlumatı Alessandro Paluzzi adlı datamayner öz Twitter hesabında verib.
        Hazırlanan yeni funksiya canlı yayım çərçivəsində istifadəçilərə audio konfrans keçirtmək imkanını verəcək. Live Audio Rooms funksiyasının Instagram-da nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib. Bundan əlavə olaraq tərtibatçılar yaxın zamanda Instagram-dakı mesajlara end-to-end şifrələnmə sistemini əlavə edəcəklər. Bu üsul ilə hackerlər hətta mesajları əldə etsələr də onları oxuya bilməyəcəklər. Live Audio Rooms kimi end-to-end şifrələnmə sistemi də hələ test mərhələsindədir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər