Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb

Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb

Sosial Media
07.04.2021 PAYLAŞIM

    Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan edib. Sözügedən servis istifadəçilərin sevdikləri moderator və spikerlərə pul vəsaitlərinin köçürülməsi (donate) imkanını yaradır.  İlkin mərhələdə Payments servisi test rejimində bir sıra istifadəçilər üçün aktiv olacaq. Bu barədə Techcrunch saytı xəbər verib.

    Hələ bir neçə müddət bundan öncə Clubhouse-un həmtəsisçisi Paul Davison bildirmişdi ki, o, istifadəçilərin öz kontentlərini reklamlar vasitəsilə deyil, birbaşa monetizasiyasını reallaşdırmaq istəyir. Məlumatda qeyd edilib ki, bu yeni funksiya tədricən digər istifadəçilər üçün də aktiv olacaq. Clubhouse istifadəçisi sevdiyi spiker və ya moderatorun istifadəçi hesabına daxil olmaqla ona pul vəsaiti göndərə biləcək.


    Əgər pul vəsaitini əldə edəcək şəxsin hesabında sözügedən funksiya aktivdirsə pul vəsaitini göndərən şəxs sadəcə olaraq bu funksiyanı yerinə yetirən düyməyə klik edərək göndərmək istədiyi vəsaiti qeyd edəcək. Clubhouse təmsilçiləri bildiriblər ki, onlar bu cür pul köçürmələrindən faiz tutmayacaqlar. “Göndərilən vəsaitin 100%-i qəbul edəcək şəxsə çatacaq. Kiçik faiz sadəcə olaraq ödənişi reallaşdıracaq Stripe servisi tərəfindən tutulacaq” - deyə təmsilçilər qeyd edblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..


Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün..

Hal hazırda Whatsapp messencerə son daxil olma zamanının, istifadəçi fotosunun və istifadəçi barəsin..


Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Telegram-ın yeni versiyası istifadəçilərə bəzi faydalı funksiyaları təqdim edib.


Instagram istifadəçilərdən doğum tarixlərinin mütləq şəkildə qeyd edilməsini təl..

Instagram istifadəçiləri öz doğum tarixlərinin mütləq şəkildə qeyd olunması üzrə xüsusi bildiriş əld..

×