main-post-cover

    Clubhouse-un Android versiyası bəzi istifadəçilər üçün təqdim olunub

    Sosial Media
    10.05.2021
    Farid Pardashunas
        iOS-də istifadəyə verilməsindən 1 il sonra Clubhouse sosial şəbəkəsi sonunda Android üçün təqdim olunub. Lakin söhbət hələ ki, beta test versiyasından gedir. Hal hazırda Clubhouse-un Android versiyasını yalnız ABŞ-da yaşayan istifadəçilər yükləyə bilərlər. Növbəti mərhələdə tətbiqin Android versiyası digər ingilis dilli ölkələrdə istifadəyə veriləcək və daha sonra artıq bütün dünyada aktivləşdiriləcək. Hal hazırda Google Play-də Clubhouse-un testi üçün qeydiyyat sorğusu göndərmək olar. Tətbiq yüklənməyə hazır olan zaman isə istifadəçi bu barədə bildiriş əldə edəcək.
        Qeyd etmək lazımdır ki, Clubhouse səsli ünsiyyət üzərində qurulmuş sosial şəbəkədir və bu günə kimi o, iOS platformasının eksklüzivi idi. Pandemiya zamanı onun məşhurluğu ani şəkildə yüksəlmişdi. Tətbiqin ən çox yüklənmə sayı bu ilin fevral ayında müşahidə olunub. Belə ki, fevral ayında 9.6 milyon istifadəçi bu tətbiqi yükləmişdi. İndi isə bu göstərici 922.000 istifadəçi tərəfindən yüklənməyə düşüb. Bununla yanaşı yaxın gələcəkdə sosial şəbəkə daxilində monetizasiya sistemi də istifadəyə veriləcək. Belə ki, Clubhouse daxilində kontent yaradan müəlliflər öz abunəçiləri tərəfindən ianə əldə etmək imkanına sahib olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər