Logo
    main-post-cover

    Çoxdan gözlənilən funksiya gəldi: Whatsapp'a qrup videçatları əlavə olundu

    Sosial Media
    31.07.2018
    Emil
        Whatsapp-a çoxdan gözlənilən funksiya gəldi. Belə ki, bugündən etibarən Android iOS istifadəçiləri sözügedən messencerdə 4 nəfərədək qrup videoçatları vasitəsilə ünsiyyət qura biləcəklər. Bu funksiyadan istifadə etmək üçün ilk öncə bir nəfərlə videoçat yaratmaq lazımdır. Bundan sonra əlavə 2 nəfəri qrup videoçatına əlavə etmək üçün ekranın yuxarı sağ hissəsindəki xüsusi düyməyə klik etmək lazımdır. Məlumata əsasən messencerdəki qrup videoçatları adi mətn mesajları kimi end-to-end sxemi üzrə şifrələnir.

        Qeyd etmək lazımdır ki, qrup videoçatlarının yaradılması üçün messencer tərtibatçıları bir xeyli vaxt sərf ediblər. Adi videoçat funksiyası hələ 2 il bundan öncə təqdim olunmuşdu. Bu ilin May ayında isə F8 Facebook konfransında Mark Zuckerberg bildirmişdi ki, Whatsapp və Instagram-a qrup videoçatları əlavə olunacaq. Instagram bu funksiyanı İyul ayının əvvəlində əldə etmişdi. Beləliklə yeni funksiyadan istifadə etmək üçün sadəcə olaraq messenceri son versiyayadək yeniləmək lazımdır.
    Paylaş
    Bənzər xəbərlər