
Daha ucuz qiymətə başa gələcək yeni YouTube Premium abunəliyi test edilir
Sosial Media
24.02.2025
Emil
YouTube videoplatforması reklamsız videolara baxmaq istəyən, lakin musiqi ilə maraqlanmayan istifadəçilər üçün yeni ödənişli abunə tarifi üzərində çalışır. Bloomberg saytının məlumatına görə, Premium Lite adlanacaq bu abunəlik tarifi standart YouTube Premium-dan daha ucuz olacaq. Bu tarif reklamsız şəkildə videolar izləməyə və podkastlara qulaq asmağa imkan verəcək, lakin YouTube Music bu tarif paketinin tərkibinə daxil olmayacaq.

Yeni tarifin əvvəlcə ABŞ, Avstraliya, Almaniya və Taylandda istifadəyə veriləcəyi, daha sonra isə digər regionlara genişlənəcəyi gözlənilir. Hazırda abunənin qiyməti məlum deyil. Google bu planlarını belə şərh edib: "İstifadəçilərimizə daha çox seçim və çeviklik təqdim etmək öhdəliyimiz çərçivəsində, bir neçə bazarımızda YouTube Premium-un yeni variantını sınaqdan keçiririk. Ümid edirik ki, tərəfdaşlarımızın dəstəyi ilə gələcəkdə bu xidməti daha çox istifadəçiyə təqdim edə biləcəyik”. Xatırladaq ki, YouTube Premium-un standart tarifi əksər ölkələrdə aylıq $13.99 təşkil edir.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Sosial Media
YouTube platformasının 20 yaşı tamam olub
14 fevral 2005-ci ildə internet sonsuzadək dəyişdi. Məhz bu tarixdə Google videohostinq platforması YouTube-u istifadəyə verdi. Şirkətin haqlı olaraq qeyd etdiyi kimi, YouTube “mədəniyyətin episentri”nə çevrildi.

Sosial Media
YouTube-da süni zəka vasitəsilə Shorts videoların yaradılması funksiyası istifadəyə verilib
YouTube platformasında süni zəka əsaslı yeni funksiya istifadəyə verilib. Bu funksiya istifadəçilərin Shorts formatında yayımlaya biləcəkləri qısa videoların yaradılması üçün nəzərdə tutulub.

Sosial Media
Youtube videoların süni zəka əsaslı dublyaj funksiyasını bu ay istifadəyə verəcək
Bu gün YouTube-un baş direktoru Neal Mohan süni zəkanı 2025-ci il üçün şirkətin dörd əsas strateji istiqamətindən biri adlandırıb.

Sosial Media
YouTube istifadəçilərə bir neçə saatlıq reklam elanları sərgiləməyə başlayıb
YouTube video izləmə xidmətini istifadəçilərə pulsuz təqdim edir. Lakin bunun qarşılığında istifadəçilərə hər izlənən videoda reklam elanları sərgilənir.

Sosial Media
TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir
Greenly şirkəti TikTok istifadəçilərinin bu məşhur platformanı istifadə etmələri səbəbilə qoyduqları karbon izinin miqdarını təyin edib. Məlum olub ki, TikTok istifadəçiləri atmosferi digərlərindən daha çox çirkləndirirlər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
