DəmirBank ın lisenziyasının ləğv edilməsindən sonra sosial media hesabından ürək dağlayan açıqlama

DəmirBank ın lisenziyasının ləğv edilməsindən sonra sosial media hesabından ürək dağlayan açıqlama

23.12.2017 PAYLAŞIM

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edildi. Bu hadisədən sonra sosial media platformalarında reklamları hələ də davam edən "DəmirBank"ın facebook hesabından az əvvəl rəsmi açıqlama yayımlandı. Lisenziyası ləğv edilən bank, müştəriləriniə aşağıdakı çağırışı etdi:

"Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilmişdir. Fəaliyyətdə olduğumuz müddət ərzində Sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq. Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaqdır. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaqdır. Bununla bağlı mütəmadi olaraq Bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcəkdir. İnanırıq ki, hər bir müştərimiz sonda Dəmir Bankı xoş təəssüratla xatırlayacaq. Uğurlar."



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal taxi tətbiqlərinin Instagram səhifəsində yerli taxi xidməti?

Bugün səhər saatlarında sosial mediada yayımlanan ekran görüntüləri görənləri təəccübləndirib...


İmzanı Azercell ilə tanıt!

Azercell ölkəmizin istedadlarına dəstək verir.


YouTube uşaqlar üçün olan bütün kontenti ayrıca tətbiqə keçirdə bilər..

Uşaqlar üçün nəzərdə tutulmuş videolar YouTube servisində ən məşhur video kateqoriyalarından biridi..


Azercell-in dəstəklədiyi 'İdeyadan Biznesə' layihəsi çərçivəsində startap turla..

“I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keç..


Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu..


Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır..

×