main-post-cover

    Digər sosial şəbəkələrə yönləndirici linklərin Twitter-də paylaşılması qadağan edilib

    Sosial Media
    19.12.2022
    Farid Pardashunas
        Elon Musk-ın rəhbərliyi altında Twitter siyasətindəki dəyişikliklər yüksək sürətlə davam edir. İndi isə sosial şəbəkənin yeni rəhbərliyi daha bir vacib qərarı qəbul edib. Belə ki, bundan sonra Twitter-də digər sosial şəbəkələrə yönləndirmək üçün nəzərdə tutulmuş linklərin paylaşılması qadağan edilir. Söhbət, Facebook, Instagram, Mastodon, Truth Social, Tribal, Nostr Post adlı sosial şəbəkələrdən gedir. Həmçinin istifadəçilərin bu sosial şəbəkələrdə mövcud olan istifadəçi hesablarının mətn formatında və ya screenshot foto kimi Twitter-də paylaşılması da qadağan edilir.
        Gələcəkdə sözügedən imkanlar aylıq abunəlik istifadəçilər üçün aktiv olacaqlar. Musk-ın sözlərinə əsasən o, zaman-zaman linklərin mübadiləsinə etiraz etmir. Lakin o, pulsuz şəkildə digər platformaların reklam edilməsinə qəti şəkildə qarşı çıxır. Qəbul edilmiş yeni qanunu pozacaq istifadəçilər Twitter-də bloklanacaq. Beləliklə qara siyahıya daxil edilmiş sosial şəbəkələrdəki istifadəçi hesablarının Twitter-də paylaşılması imkanı istifadəçilər üçün deaktiv edilir. Məlumatda qeyd edilib ki, digər platformaların reklamları üçün nəzərdə tutulmuş istifadəçi hesabları da həmçinin bloklanacaq.
        Maraqlısı ondadır ki, bu məhdudlaşdırıcı yenilik TikTok, Telegram, Youtube, Weibo OnlyFans kimi platformaları əhatə etməyib. Rəqabətdə olan sosial şəbəkələrə yönləndirən linklərin aylıq ödənişli abunəlikdən istifadə edənlər üçün nə zaman aktiv olacağı bilinmir. Bu yenilik bir çoxlarının narazılıqlarına səbəb olduğu üçün Musk yeni məhdudlaşdırıcı tədbirin tez zamanda işə salınması məsələsində hamıdan üzr istəyib və qeyd edib ki, gələcəkdə bu cür yeniliklərin işə salınıb-salınmaması yolunda istifadəçilər arasında səsvermə keçirdəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər