Logo
    main-post-cover

    Disney+ platformasında TikTok yaradıcılarının videoları yayımlanacaq

        Disney qısa videolar sahəsində mövqeyini gücləndirmək üçün TikTok ilə yeni əməkdaşlığa başlayır. Şirkət açıqlayıb ki, yaxın aylarda ABŞ-də TikTok yaradıcılarının hazırladığı seçilmiş videoları Disney+ platformasındakı Verts qısa video lentində yayımlanacaq. Yeni proqram çərçivəsində TikTok yaradıcıları Disney-in yüzlərlə film və serialına aid rəsmi materiallardan istifadə edə biləcəklər. Buraya Marvel, Star Wars, Pixar və digər məşhur Disney brendlərinin personajları və səhnələri daxildir.
    TOYSTORY5-ONLINE-USE_t110
        Proqrama qoşulan videolar həm TikTok-da, həm də Disney+ platformasında yayımlanacaq. Disney bildirir ki, iştirak edən kontent yaradıcıları daha geniş auditoriyaya çıxış, eksklüziv tədbirlərə dəvət və peşəkar inkişaf imkanları kimi əlavə üstünlüklər əldə edəcəklər. Əməkdaşlıq ilkin mərhələdə yalnız ABŞ-də sınaqdan keçiriləcək. Şirkət gələcəkdə proqramı digər ölkələrdə də istifadəyə verməyi planlaşdırır.
    Paylaş