
Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
Sosial Media
03.06.2024
Aslan
Donald Trump, bağlatmaq üçün əlindən gələn hər şeyi etdiyi TikTok-da hesab açaraq paylaşım edib. Hesabda paylaşılan ilk video, Trump pərəstişkarlarının marağına səbəb olub.
Donald Trump-ın ilk paylaşımı, New Jersey-də qatıldığı Ultimate Fighting Championship (UFC) oyunundan bir neçə klipi özündə ehtiva edib. 50 milyondan çox baxış və 3 milyondan çox bəyənmə toplayan video, Trump pərəstişkarlarının marağına səbəb olub. Donald Trump-ın sözçüsü Steven Cheung, mövzu ilə bağlı verdiyi açıqlamada, "Biz heç bir cəbhəni müdafiəsiz qoymayacağıq, bu o deməkdir ki, biz Trump tərəfdarı və Biden əleyhinə məzmun istehlak edən daha gənc auditoriyaya çatmağa davam edirik." sözlərini söyləyib.
Açıqlamadan da göründüyü kimi, Donald Tramp, seçki kampaniyası çərçivəsində TikTok-a qoşulub. Ancaq seçkidən sonra nə baş verəcəyini hələ bilmirik. Bildiyiniz kimi, Trump, cəmi 1 gündə düşüncə tərzini 180 dərəcə dəyişə bilər. Belə bir vəziyyət yaranarsa, TikTok yenidən düşmənə çevrilə bilər.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
