main-post-cover

    Donald Trump-ın Twitter hesabı bərpa edilib

    Sosial Media
    20.11.2022
    Emil Nəcəfov
        Elon Musk Twitter ilə bağlı fərdi qərarlarını verməyə davam edir. Onun növbəti qərarı ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın Twitter-dəki istifadəçi hesabının blokdan çıxarılması olub. Qeyd etmək lazımdır ki, Musk bu mövzu ilə əlaqədar öz hesabında sorğu keçirtmişdi. Sorğu nəticələrinə əsasən istifadəçilərin 51.8%-i Trump-ın istifadəçi hesabının bərpa olunmasına razı olmuş, 48.2%-i isə buna qarşı çıxmışdı. Musk-ın sözügedən sorğusunu 134 milyon istifadəçi görsə də, onda yalnız 15 milyon istifadəçi iştirak edib. Trump-ın istifadəçi hesabı ilə yanaşı Musk bəzi digər hesabları da blokdan çıxardıb. Onlara misal olaraq Jordan Peterson-un Babylon Bee adlı satirik saytının hesabı var.
        Qeyd etmək lazımdır ki, daha öncə Babylon Bee satirik saytı transgender şəxslərin təhqir edilməsi səbəbilə onun Twitter hesabı bloklanmışdı. Donald Trump-ın istifadəçi hesabına gəldikdə isə o, 8 yanvar 2021-ci il tarixində bloklanmışdı. Səbəb isə onun 6 yanvar 2021-ci il tarixində insanları ABŞ Konqres Binasına hücuma çağırışı idi. Hal hazırda ABŞ-ın keçmiş prezidentinin Twitter hesabı bütün tweet-lər ilə birlikdə bərpa olunub. Trump isə hələ ki, yeni bir paylaşım etməyib və ümumiyyətlə onun Twitter-ə geri qayıdıb-qayıtmayacağı məlum deyil. Hələ bir neçə müddət bundan öncə o, qeyd etmişdi ki, Twitter-ə geri dönmk istəmir və özünün Truth Social adlı sosial şəbəkəsində qalmağı üstün tutur. Lakin onun 2024-cü ildəki prezident seçkilərində yenidən iştirak edəcəyini nəzərə alsaq, Trump-ın Twitter-ə qayıdışını gözləmək olar.
    Linki kopyala