main-post-cover

    Donald Trump öz sosial şəbəkəsini istifadəyə verməyi planlaşdırır

    Sosial Media
    23.03.2021
    Emil Nəcəfov
        ABŞ-ın keçmiş prezidenti Donald Trump özünün sosial şəbəkə plaftormasını yaratmaq qərarına gəlib. Bu barədə keçmiş prezidentin baş köməkçisi Jason Miller, Fox News kanalına müsahibəsində bildirib. Müsahibə çərçivəsində o qeyd edib ki, Donald Trump öz platforması sayəsində yenidən sosial şəbəkələrə geri qayıdacaq. Bu barədə Reuters saytı xəbər verib. Məlumata əsasən keçmiş prezidentin sosial şəbəkə platforması 2-3 aydan sonra istifadəyə verilməlidir.
        Təəssüflər olsun ki, Donald Trump-ın baş məsləhətçisi yeni sosial şəbəkə barəsində heç bir məlumat verməyib. O sadəcə qeyd edib ki, yeni sosial şəbəkə oyunun qaydalarını tamamilə dəyişəcək. Qeyd etmək lazımdır ki, son prezident seçkilərinin yekun nəticələrinin açıqlanmasına az müddət qalmış Donald Trump tərəfdarları ABŞ-ın Konqres binasını ələ keçirtmişdilər. Həmin vaxtda Trump Twitter vasitəsilə onların tərəflərini tutmuşdu. Bu isə öz növbəsində Twitter-in qaydalarını pozduğuna görə rəhbərlik Trump-ın istifadəçi hesabını ömürlük bloklamışdı. Daha sonra Facebook da keçmiş prezidentin hesabını boklamaq qərarını vermişdi.
    Linki kopyala