
Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzatmağa hazırdır
Sosial Media
07.03.2025
Emil
Donald Trump-ın ABŞ prezidenti vəzifəsinə başlamasından əvvəl TikTok sosial şəbəkəsi ölkədə bir neçə saatlıq fəaliyyətini dayandırmışdı. Lakin yeni dövlət başçısı platformanın qadağasının qüvvəyə minməsini 5 aprelə qədər təxirə salaraq bu müddətin potensial alıcıların tapılması üçün istifadə olunmasını təklif edib. İndi isə o bu müddəti uzatmağa hazır olduğunu bildirib. Xatırladaq ki, 5 aprel tarixinə qədər Çin şirkəti ByteDance TikTok-un ABŞ-dakı aktivləri üçün hökumət tərəfindən siyasi etibarlılıq və informasiya təhlükəsizliyi baxımından qəbul ediləcək alıcılar tapmalıdır.

Bu həftə çıxışı zamanı Donald Trump, TikTok-un ABŞ-dakı aktivlərinə maraq göstərən bir çox potensial investorun olduğunu bildirib. O, 5 aprelə hələ bir ay qaldığını və hazırda qadağanın qüvvəyə minmə müddətinin uzadılmasına ehtiyac olmadığını qeyd edib. Lakin zərurət yaranarsa, bu hüquqdan istifadə edə biləcəyini vurğulayıb. "Əgər müddətin uzadılması lazım gələrsə, çox güman ki, bunu edəcəyəm" - deyə Trump etiraf edib.

O, həmçinin əlavə edib ki, Çin bu sövdələşmənin təsdiqlənməsində müəyyən rol oynayacaq və hazırda TikTok-a potensial alıcıların marağı yüksəkdir. Xatırladaq ki, Trump-ın TikTok-un ABŞ-dakı fəaliyyətinə qadağanın qüvvəyə minməsini 90 günə qədər təxirə salmaq hüququ var idi, lakin əslində bu tarixi yalnız 75 gün uzadıb. Trump dəfələrlə TikTok-un ABŞ-dakı aktivlərinin elə bir sxem üzrə satılmasını təklif edib ki, nəticədə hökumət onların yarısına nəzarət edə bilsin. Lakin ABŞ qanunvericiliyi baxımından prezidentin qadağa müddətini uzatma imkanları məhduddur.
Mənbə: South China Morning Post
Paylaş
Bənzər xəbərlər

Sosial Media
TikTok-un ABŞ-dakı gələcəyi hələ də sual altındadır
ABŞ-da TikTok-un satışı üçün müəyyən edilmiş müddətin bitməsinə 1 aydan az vaxt qalsa da, onun çinli sahibi hələ də potensial alıcılarla danışıqlara başlamayıb.

Tech-Biznes
Britaniyada TikTok və digər platformalar ilə bağlı ciddi araşdırmaya start verilib
Böyük Britaniya tənzimləyicisi TikTok, Reddit və Imgur kimi internet platformaları ilə bağlı araşdırma başladır. Bu addım bu sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarından düzgün istifadə etməməsi ilə bağlı artan narahatlıqlar fonunda atılıb.

Tech-Biznes
ByteDance şirkəti ABŞ-da TikTok üzərində idarəetməni itirmək istəmir
Donald Trump tərəfindən TikTok-un ABŞ-dakı taleyini həll etmək üçün verilən möhlət aprel ayının əvvəlində başa çatır və danışıqlar aparan tərəflərin razılığa gəlmək üçün çox vaxtı qalmayıb.

Təhlükəsizlik
DeepSeek-in istifadəçi məlumatlarını ByteDance şirkətinə ötürdüyü məlum olub
Cənubi Koreya hökuməti DeepSeek tətbiqinin yüklənməsini qadağan edib, çünki aparılan rəsmi araşdırma istifadəçi məlumatlarının Çin şirkəti ByteDance-ə ötürüldüyünü aşkar edib.

Sosial Media
Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzada bilər
TikTok-un ABŞ-da 19 yanvar tarixində qısa müddətlik qadağan edilməsi ilə bağlı hadisələr geniş şəkildə mətbuatda işıqlandırıldı. Ertəsi gün ABŞ prezidenti vəzifəsinə başlamış Donald Trump qadağanın qüvvəyə minməsini 75 gün, yəni 5 aprel tarixinə qədər təxirə saldı.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
