Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!
Sosial Media
01.11.2024
Farid Pardashunas
İngiltərədə aparılan araşdırma, xüsusilə kibercinayətlər baxımından dünyanın ən təhlükəli sosial media platformasını ortaya çıxarıb.
İngiltərədə uşaqlara yönəlmiş cinsi məzmunlu mesajlarla bağlı bildirilən cinayətlərin demək olar ki, yarısının Snapchat üzərində baş verdiyi müəyyən edilib. Milli polisin məlumatlarına görə, 2023-2024-ci illər ərzində ümumilikdə 7062 uşağa qarşı cinsi ünsiyyət halı qeydə alınıb və bu halların 48%-i Snapchat-də yaşanıb.
NSPCC açıqlamasında Snapchat-in uşaqları qoruma mövzusunda ciddi çatışmazlıqlarının olduğunu və xüsusilə məzmunun yoxa çıxması kimi xüsusiyyətlər səbəbindən platformanın istismarçılar üçün daha cazibəli hala gəldiyini bildirir. NSPCC Uşaq Təhlükəsizliyi Siyasəti Meneceri Rani Govender, Snapchat-də bildirilən məzmunların yetərincə ciddiyə alınmadığını və bu vəziyyətin uşaqlara mənfi təsir etdiyini deyib.
Böyük Britaniya hökuməti isə Snapchat kimi platformalara qarşı daha sərt tədbirlər görməyi planlaşdırır. Dekabr ayında qüvvəyə minəcək “Onlayn Təhlükəsizlik Qanunu” ilə texnologiya şirkətlərinin uşaqları qoruma məsuliyyəti artırılacaq. Bu qanun çərçivəsində platformalar qanunsuz məzmun risklərinə dair qiymətləndirmələrini yayımlamalı olacaq.
Snapchat nümayəndəsi isə BBC-yə verdiyi açıqlamada, gəncləri qorumaq məqsədilə məzmunun nəzarətini gücləndirdiklərini və qayda pozuntusu halında hesabları müvəqqəti bağladıqlarını bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Meta, xüsusilə gəncləri qorumaq üçün sosial media platforması olan Instagram-a mühüm təhlükəsizlik yeniləmələri gətirir. Şirkət indi də DM-dan ekran şəkli çəkənləri platformadan uzaqlaşdıracaq.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!