
Dələduzlar, abunəlik vaxtının bitməsi ilə bağlı məktublar göndərərək istifadəçilərin bank kartlarının məlumatlarını oğurlayırlar.
Bu sxem necə çalışır? Bu sxemin potensial qurbanı, elektron poçt vasitəsilə guya WhatsApp
tərəfindən göndərilmiş məktub ilə qarşılaşır. Həmin məktubda dələduzlar qeyd
edirlər ki, sözügedən messencerdən pulsuz istifadə müddəti bitib. Messencerdən
istifadəni davam etdirmək üçün isə məktubda xüsusi link yerləşdirilir. Həmin
linkə daxil olaraq istifadəçi, ödəniş məlumatlarını yeniləməlidir. Link özü isə
istifadəçini, dələduzların fishing saytına yönləndirir. Həmin saytda istifadəçidən
öz bank kartının məlumatlarının doldurulması tələb olunur. Fishing saytda
doldurulmuş bütün məlumatlar öz növbəsində birbaşa dələduzlara göndərilir.
Onlar isə bu məlumatlardan istifadə edərək istifadəçinin bank hesabından istədikləri
vəsaitləri əldə edə bilirlər. Qeyd etmək lazımdır ki, əvvəllər WhatsApp-dan
istifadə müddətini artırmaq üçün messencer həqiqətən də hər istifadəçidən illik
abunə haqqı tələb edirdi. Lakin 2016-cı ilin Yanvar ayında messencer bu cür
strategiyadan imtina etdi və hal hazırda WhatsApp-dan istifadə tamamilə
pulsuzdur. Lakin görünür dələduzlar bundan istifadə edərək insanları aldatmağa
və onların vəsaitlərini oğurlamağa çalışırlar.