Logo
    main-post-cover

    Elon Musk: 'ABŞ-ın dövlət idarələri Twitter istifadəçilərinin özəl mesajlarını oxumaq imkanına sahib olublar'

        Twitter-in sahibi olan Elon Musk Fox News televiziya kanalına müsahibə verən zaman qeyd edib ki, ABŞ hökuməti sosial şəbəkə istifadəçilərinin şəxsi mesajlarını oxumaq imkanına sahib olub. Musk-ın sözlərinə əsasən o bu məlumatı öyrənən zaman sözün əsl mənasında şoka düşmüşdü. “Dövlət idarələrinin Twitter-də baş verən hər bir şeydən məlumatlı olduqları faktı məni heyrətə gətirib” - deyə Musk qeyd edib. Lakin Musk bu problemi necə aradan qaldırdığı barəsində məlumat verməyib. Ümumiyyətlə bu problemin aradan qaldırılıb-qaldırılmadığı da dəqiq şəkildə məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər