Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
Böyük dil modeli olan ChatGPT-nin istifadəçi məlumatlarını icazəsiz ələ keçirdiyini iddia edən Elon Musk, Apple-ın istifadəçilərini böyük təhlükə qarşısında qoyduğunu bildirib.
WWDC 2024 tədbirindən sonra paylaşımlar etməyə başlayan Elon Musk, Apple-ın OpenAI ilə əməkdaşlığını tənqid edib. ChatGPT dil modelinin Apple istifadəçilərinin məlumatlarını ələ keçirdiyini iddia edən Musk, Apple-ın öz süni intellektini inkişaf etdirəcək qədər ağıllı olmadığını bldirib.
Musk, daha da irəli gedərək, OS səviyyəsində ChatGPT inteqrasiyası olduğu halda, Apple cihazlarını şirkətlərində qadağan edəcəyini və işçilər qapıdan içəri girən kimi Apple cihazlarını Faradey qəfəsinə yığacağını açıqlayıb. Şərhlərdə Elon Musk-a dəstək verənlərlə yanaşı, onun X istifadəçi məlumatlarını İsrail şirkətlərinə satdığını iddia edənlər də olub.