main-post-cover

    Elon Musk hüquqşünasın təsdiqindən sonra Tesla haqqında sosial şəbəkələrdə danışa biləcək

    Sosial Media
    29.04.2019
    Farid Pardashunas
        ABŞ-ın dəyərli kağızlar və birjaları üzrə komissiya (SEC) Tesla şirkətinin CEO-su Elon Musk lə yeni razılaşma bağlayıb. Həmin razılaşmaya əsasən Elon Musk hüquqşünasın təsdiqi olmadan şirkət barəsində hansısa məlumatı sosial şəbəkələrdə paylaşa bilməz. Bu sənəd məhkəmə tərəfindən təsdiqlənməlidir. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, daha öncə SEC Elon Musk-ın öz Twitter hesabında Tesla-nı özəl şirkətə çevirmək istəyi üzrə yazdığı tweet-lərə görə onu şirkətdən uzaqlaşdırmağı tələb edirdi.
        Yeni razılaşmaya şirkətin maliyyə göstəriciləri, planlaşdırılan müqavilələr barədə məlumatlar, istehsalat göstəriciləri, yeni istiqamətlərin proqnozları və anonsları, Musk-ın səhmlər üzrə alışı-satışı ilə bağlı müqavilələr, idarəetmə strukturunda dəyişikliklər və s. daxil olublar. Yəni Musk hüquqşünasın razılığı olmadan sadalanmış bu mövzular üzrə məlumatları sosial şəbəkədə paylaşa bilməyəcək. Elon Musk-ın öz Twitter hesabında Tesla-nın özəl şirkətə çevrilməsi barəsində planları üzrə paylaşdığı tweet-lərdən sonra keçən ilin sentyabr ayında SEC Elon Musk-ı dələduzluqda ittiham etmiş və onu şirkətin idarəetməsindən kənarlaşdrmağı tələb etmişdi.
        Nəticədə Musk Tesla şirkətinin direktorlar şurasının sədr vəzifsindən getməyə və 40 milyon dollar cərimə ödəməyə razılıq vermişdi. Bundan əlavə olaraq şirkət Musk-ın sosial şəbəkələrdəki paylaşımları üzərində ciddi nəzarət baxımından əlavə tədbirlər də görməli idi. Bu ilin fevral ayında Musk öz Twitter hesabında bildirmişdi ki, Tesla şirkəti 2019-cu il üzrə 500.000 avotomobil istehsal etməyi planlaşdırır. SEC isə bu tweet-i razılaşmanın pozulması kimi qəbul etdi. Lakin Musk bildirdi ki, investorların bu məlumatdan xəbərləri var idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər