Elon Musk ilə birlikdə çalışmaq üçün ali təhsil sahibi olmağa ehtiyac yoxdur

Elon Musk ilə birlikdə çalışmaq üçün ali təhsil sahibi olmağa ehtiyac yoxdur

Sosial Media
26.12.2019 PAYLAŞIM

    Elon Musk-ın öz potensial əməkdaşlarından ali təhsili tələb edib-etməməsi barəsində suala o, öz əməkdaşlarından ali təhsili tələb etmədiyini qeyd edib. Bu mövzuda Musk öz mövqeyinə sadiq olaraq qalır. Musk-ın fikrincə onun əməkdaşları qəliz tapşırıqları həll etmək bacarığına sahib olmalıdırlar. Diplom və təhsil isə heç nədən xəbər vermir. Bu barədə Hightech.plus saytı xəbər verib. 2014-cü ildə Almaniyanın Auto Bild adlı nəşriyyatına müsahibə verən zaman Musk bunları demişdi:

    “Kollecin və ya orta məktəbin bitirilməsini təsdiq edən diploma ehtiyac yoxdur. Kimsə yaxşı universiteti bitiribsə bu o deməkdir ki, o ya böyük işlərin görülməsinə qadirdir ya da buna ümumiyyətlə qadir deyil. Məsələn, Bill Gates-ə, Larry Ellison-a və ya Steve Jobs-a baxın. Həmin şəxslər kolleci tam bitirməyiblər. Lakin onları işə götürmək əla ideya olardı”. Buna görə də Musk öz potensial əməkdaşlarında bitirilmiş yaxşı universiteti deyil diqqət çəkən bacarıqların sübutunu axtarır. Əgər həmin bacarıqlar varsa deməli həmin şəxs böyük ehtimal ilə işə cəlb olunacaq.


    Musk həmçinin qeyd edib ki, o, iş axtaran ilə müsahibədən keçən zaman həmin şəxsdən öz karyerasının təsvirini və öz həyatında baş vermiş qəliz problemi necə həll etdiyini danışmasını tələb edir. Həmin şəxsin hansısa digər insanın nailiyyətini öz hesabına yazıb-yazmamasını öyrənmək üçün isə Musk danışılan problemi bütün təfərrüatlara ayırır. Belə ki, çətin problemi aradan qaldırmış şəxs bütün cavabları bilir. Qeyd etmək lazımdır ki, Elon Musk özü Pensilvaniya ştatının universitetində fizika və iqtisadiyyat üzrə təhsilini tam bitirməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×