Logo
    main-post-cover

    Elon Musk-ın hesabı Twitter-də ən çox abunəçi sayına sahib hesab oldu

    Sosial Media
    30.03.2023
        Verilmiş yeni məlumata əsasən Elon Musk-ın Twitter hesabı sosial şəbəkənin ən çox abunəçi sayına sahib hesabı olub. O bu mövzuda hətta Barack Obama-nın hesabını da geridə qoyub. Məlumata əsasən Musk-ın Twitter hesabı 133 068 709 abunəçiyə, Barack Obama-nın hesabı isə 133 042 819 abunəçiyə sahibdir. Twitter-in botlardan təmizlənməsindən sonra bu sosial şəbəkədə 240 milyon aktiv istifadəçi mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Musk ilə Obama-nın hesablarına Twitter-in aktiv istifadəçi kütləsinin yarısı abunə olub. Qeyd etmək lazımdır ki, Twitter-də ən çox abunəçi sayına sahib şəxslər arasında üçüncü yeri Justin Biber (113 milyon abunəçi), dördüncü yeri isə Katy Perry (108 milyon abunəçi) tutur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...