
“SpaceX” və “Tesla” kimi şirkətlərin CEO-su Elon Musk, süni zəkanın insan sivilizasiyası üçün olan ən böyük təhlükə adlandırıb.
Məlum olub ki, Musk məhz texnologiyaların üsyanı təhlükəsinə görə insanları Mars-a göndərmək istəyir. Bu barədə Musk, ABŞ Qubernatorlarının Milli Assosiasiyasının görüşündə bildirib. Elon Musk-ın sahib olduğu “Tesla” şirkəti, bazarda maksimal dərəcədə mümkün olan avtonom funksiyalı avtomobilləri təqdim edir. Lakin son bir neçə il ərzində süni zəka texnologiyası, Musk-ı bir qədər qorxuya salır. Sözügedən görüş çərçivəsindəki çıxışı zamanı Musk, süni zəkanın özü ilə gətirəcəyi təhlükələr barəsində danışıb. Musk-ın fikrincə robotlar və alqoritmlər, insan nəzarətindən çıxacaq və onlara zərər yetirəcəklər. Onun fikrincə insanlar buna hazır olmayacaqlar. Belə ki, onlar bu cür hadisəni qeyri-real və fantastik hesab edirlər. Musk qeyd edib ki, hökümət əvvəllər də müxtəlif problemlərin tənzimlənməsi üçün cavab tədbirləri görüb. Lakin həmin vaxtlarda siyasətçilər, insanlığın varoluşuna fundamental təhlükə mənbəyi ola biləcək məsələlər ilə qarşılaşmayıblar.
Öz işinin bir hissəsini Musk, riskin azaldılmasına yönəldir.
Belə ki, o, OpenAI adlı təşkilatın təsisçiləri siyahısına daxildir. Bu təşkilat
isə insanların xeyrinə çalışacaq süni zəka hazırlamaqla məşğuldur. Bundan əlavə
olaraq o bir neçə müddət bundan öncə “Neuralink” adlı şirkət də yaratdı. Həmin
şirkətin əsas məqsədi isə insanı birbaşa şəbəkəyə qoşulmağa imkan verəcək
xüsusi neyroçipləri yaratmaqdır. Daha bir çıxış yolu isə Mars planetinə olacaq
uçuşlardır. Öz çıxışı zamanı Musk qeyd edib ki, süni zəkanın, Yer kürəsini ələ
keçirəcəyi halda Mars planeti, B variantıdır. Söhbət zamanı Musk həmçinin
pilotsuz nəqliyyat növləri və elektomobillər haqqında da danışıb. Onun
proqnozlarına əsasən 10 ildən sonra ABŞ-dakı bütün yüngül nəqliyyat vasitəsiləri,
elektrik sisteminə keçəcək və tamamilə avtonom funksiyaya sahib olacaqlar.
2030-cu ilə kimi isə avtomobillər sükansız şəkildə istehsal olunacaqlar. Lakin
bununla yanaşı həmin avtomobillər təhlükəsiz olmayacaqlar. Belə ki, onları uzaqdan
hack etmək təhlükəsi olacaq.
Şərh yoxdur