Elon Musk, Mars planetinə insanların köç etməsini süni zəka təhlükəsinə görə istəyir

Elon Musk, Mars planetinə insanların köç etməsini süni zəka təhlükəsinə görə istəyir

Sosial Media
17.07.2017 PAYLAŞIM

“SpaceX” və “Tesla” kimi şirkətlərin CEO-su Elon Musk, süni zəkanın insan sivilizasiyası üçün olan ən böyük təhlükə adlandırıb.

Məlum olub ki, Musk məhz texnologiyaların üsyanı təhlükəsinə görə insanları Mars-a göndərmək istəyir. Bu barədə Musk, ABŞ Qubernatorlarının Milli Assosiasiyasının görüşündə bildirib. Elon Musk-ın sahib olduğu “Tesla” şirkəti, bazarda maksimal dərəcədə mümkün olan avtonom funksiyalı avtomobilləri təqdim edir. Lakin son bir neçə il ərzində süni zəka texnologiyası, Musk-ı bir qədər qorxuya salır. Sözügedən görüş çərçivəsindəki çıxışı zamanı Musk, süni zəkanın özü ilə gətirəcəyi təhlükələr barəsində danışıb. Musk-ın fikrincə robotlar və alqoritmlər, insan nəzarətindən çıxacaq və onlara zərər yetirəcəklər. Onun fikrincə insanlar buna hazır olmayacaqlar. Belə ki, onlar bu cür hadisəni qeyri-real və fantastik hesab edirlər. Musk qeyd edib ki, hökümət əvvəllər də müxtəlif problemlərin tənzimlənməsi üçün cavab tədbirləri görüb. Lakin həmin vaxtlarda siyasətçilər, insanlığın varoluşuna fundamental təhlükə mənbəyi ola biləcək məsələlər ilə qarşılaşmayıblar.

Öz işinin bir hissəsini Musk, riskin azaldılmasına yönəldir. Belə ki, o, OpenAI adlı təşkilatın təsisçiləri siyahısına daxildir. Bu təşkilat isə insanların xeyrinə çalışacaq süni zəka hazırlamaqla məşğuldur. Bundan əlavə olaraq o bir neçə müddət bundan öncə “Neuralink” adlı şirkət də yaratdı. Həmin şirkətin əsas məqsədi isə insanı birbaşa şəbəkəyə qoşulmağa imkan verəcək xüsusi neyroçipləri yaratmaqdır. Daha bir çıxış yolu isə Mars planetinə olacaq uçuşlardır. Öz çıxışı zamanı Musk qeyd edib ki, süni zəkanın, Yer kürəsini ələ keçirəcəyi halda Mars planeti, B variantıdır. Söhbət zamanı Musk həmçinin pilotsuz nəqliyyat növləri və elektomobillər haqqında da danışıb. Onun proqnozlarına əsasən 10 ildən sonra ABŞ-dakı bütün yüngül nəqliyyat vasitəsiləri, elektrik sisteminə keçəcək və tamamilə avtonom funksiyaya sahib olacaqlar. 2030-cu ilə kimi isə avtomobillər sükansız şəkildə istehsal olunacaqlar. Lakin bununla yanaşı həmin avtomobillər təhlükəsiz olmayacaqlar. Belə ki, onları uzaqdan hack etmək təhlükəsi olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-a yeni funksiyalar əlavə edilib

Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. ..


Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşd..

Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası ..


Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum ol..

App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Goog..


Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb...


Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

Facebook şirkəti son günlər çox məşhurlaşmış ClubHouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistem..


Yeni funksiya Whatsapp-ın qıcıqlandıran problemini aradan qaldıracaq

Messencerlər vasitəsilə əldə olunan səsli mesajlara çox zaman kənar insanlar arasında qulaq asmaq uy..

×