
Elon Musk SpaceX və Tesla şirkətlərinin Facebook səhifələrini sildi (#DeleteFacebook)
Sosial Media
23.03.2018
Emil
Elon Musk son günlərdə 50 milyon
Facebook istifadəçisinin məlumatlarının sızdırılması ilə məşhurlaşan #DeleteFacebook
kampaniyasına qoşuldu. Twitter-də bir qədər sürən diskussiyalardan sonra Musk
SpaceX və Tesla şirkətlərinin Facebook səhifələrini sildi. Əslində isə onun
heç öz şirkətlərinin Facebook səhifələrinin olduğu barədə məlumatı da yox imiş.

Qeyd etmək lazımdır ki, Sözügedən səhifələrin hər birində 2.6 milyon bəyənmə
var idi. “Instagram ilə hər şey qaydasındadır. Mən Facebook-dan istifadə etmirəm
və heç zaman orda hesab yaratmamışam. Buna görə də düşünürəm ki, mən dəhşətli
bir şey etmirəm və bunun ucbatından mənim şirkətlərim çətinki zərər görsünlər.
Bundan əlavə olaraq səhifələrdəki paylaşımları inkişaf etdirmək üçün biz vəsait
ödəmirdik. Buna görə də mənim üçün heç fərqi yoxdur” – deyə Musk öz Twitter hesabında
bildirib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
