main-post-cover

    Elon Musk Twitter daxilində süni zəka layihəsi üzərində çalışır

    Sosial Media
    12.04.2023
    Farid Pardashunas
        Elon Musk Twitter daxilində generativ süni zəkanın inkişaf etdirilməsi planına sahibdir. Insider saytının Twitter-dəki iki nəfər anonim mənbəsinin vermiş olduğu məlumata əsasən Musk bir neçə müddət bundan öncə 10 000 ədəd güclü qrafik prosessor əldə edib. Qeyd etmək lazımdır ki, süni zəka əsaslı böyük dil modelləri ilə çalışma prosesində məhz güclü qrafik prosessorlardan istifadə edilir. Böyük ehtimal ilə Musk əldə edilmiş qrafik prosessorlara 10 milyonlarla dollar vəsait sərf edib. Twitter-in daxili vəziyyəti ilə yaxından tanış olan şəxslərin verdikləri məlumata əsasən Musk-ın hələ ilkin mərhələdə olan süni zəka layihəsi LLM (Large Language Model / böyük dil modeli) əsasında qurulacaq.
        Twitter isə böyük dil modelinin təlimatlandırılması üçün nəzərdə tutulmuş böyük həcmdə məlumata sahibdir. Məsələn hələ bir neçə müddət bundan öncə OpenAI şikrkətinin mütəxəssisləri süni zəka əsaslı ChatGPT çat-botunun təlimatlandırılmasında məhz Twitter-dəki məlumatlardan istifadə edirdilər. Lakin keçən ilin dekabr ayında Musk rəsmi şəkildə elan etmişdi ki, Twitter-in bu imkanından faydalanmaq artıq mümkün olmayacaq. Twitter daxilində süni zəkadan necə istifadə ediləcəyi barəsində hələ heç bir məlumat yoxdur. Variantlardan biri kimi sosial şəbəkə daxilində axtarış sisteminin yaxşılaşdırılmasını misal gətirmək olar. Belə ki, Musk daha öncə sosial şəbəkənin axtarış sistemini dəfələrlə ciddi şəkildə tənqid edib. Süni zəkanın istifadə edilə biləcəyi daha bir sahə reklam texnologiyaları ola bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər