
Elon Musk Twitter-də daha öncə bloklanmış hesabların çoxunun bərpa ediləcəyini söyləyib
Sosial Media
25.11.2022
Emil
Elon Musk Twitter ilə bağlı növbəti maraqlı bəyanatı verib. O bildirib ki, Twitter-də bloklanmış istifadəçi hesablarının çoxu yaxın zamanda bərpa ediləcək. Lakin bununla yanaşı o əlavə edib ki, hesabların bərpası bloklanmış bütün hesabları əhatə etməyəcək. Musk hansı istifadəçi hesablarının həmişəlik bloklanmış vəziyyətdə qalacaqlarını açıqlayıb. İlk növbədə Twitter-də rəhbərliyin dəyişilməsindən bir xeyli müddət öncə bloklanmış istifadəçi hesabları bərpa ediləcək.
Lakin bu, həmin istifadəçi hesablarının qanunları pozmadıqları və spamların yayılmasında iştirak etmədikləri müəyyən ediləndən sonra reallaşdırılacaq. Əks halda həmin hesablar bloklanmış vəziyyətdə qalacaqlar. Bu cür bəyanatın verilməsindən öncə Musk öz abunəçiləri arasında bu məsələ ilə bağlı səsvermə keçirdib və istifadəçilərin 74.2%-i bloklanmış hesabların bərpasını dəstəkləyib. Səsvermədə 3.2 milyon insan iştirak edib. Musk-ın sözlərinə əsasən bloklanmış hesabların bərpa edilməsi prosesinə gələn həftə start veriləcək. Bu prosesin nə qədər zaman alacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
