main-post-cover

    Elon Musk Twitter-də istifadəyə veriləcək yeni funksiyaları anons edib

    Sosial Media
    09.01.2023
    Farid Pardashunas
        Elon Musk öz Twitter hesabında sosial şəbəkədə yaxın zamanda istifadəyə veriləcək yeniliklər barəsində məlumat verib. Beləliklə yaxın zamanda istifadəyə veriləcək yeniliklər arasında uzun tweet-lər, yenilənmiş interfeys və s. var. Sosial şəbəkənin mobil tətbiqində istifadəyə veriləcək yeni funksiya sayəsində istifadəçi ana səhifəni sağa və ya sola sürüşdürməklə sosial şəbəkə tərəfindən məsləhət görülən və ya istifadəçi tərəfindən izlənilən paylaşımlar arasında keçidi reallaşdıra biləcək. Sözügedən yenilik bu həftənin sonuna kimi istifadəyə veriləcək. Bundan əlavə olaraq Musk bildirib ki, sosial şəbəkə daxilində istifadəçi interfeysini ciddi dəyişikliklər gözləyir.
        Lakin Musk bu barədə geniş məlumat təqdim etməyib. Bu ayın ortasında sosial şəbəkədə qovluqlar funksiyası istifadəyə veriləcək. İstifadəçi özünə maraqlı olan tweet-ləri həmin qovluğa daşıya biləcək. Gələn ayın əvvəlində isə Twitter-də uzun tweet-lərin paylaşılması imkanı istifadəyə verilməlidir. Qeyd etmək lazımdır ki, hələ keçən ayın əvvəlində Musk bildirmişdi ki, o, Twitter-də uzun tweet-lərin paylaşılması imkanını istifadəyə verməyi planlaşdırır. Hal hazırda sosial şəbəkədə yalnız 280 simvoldan ibarət tweet paylaşmaq mümkündür. Daha əvvəllər isə simvolların maksimal sayı 140 ədəd təşkil edirdi. Twitter-də başqa hansı yeniliklərin istifadəyə veriləcəyi barəsində Musk bir məlumat təqdim etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər