main-post-cover

    Elon Musk Twitter-i hamı üçün ödənişli etmək ideyasını nəzərdən keçirdir

    Sosial Media
    09.11.2022
    Farid Pardashunas
        Twitter-in yeni sahibi Elon Musk sosial şəbəkənin yeni inkişaf yollarını nəzərdən keçirtməyə davam edir. Ortaya çıxmış yeni məlumata əsasən Musk sosial şəbəkəni hamı üçün ödənişli etmək fikrini nəzərdən keçirdir. Məlumatda qeyd edilib ki, bir neçə müddət bundan öncə Musk öz məsləhətçisi olan David Sacks ilə görüşən zaman o, Twitter-in hamı üçün ödənişli olma ehtimalını müzakirə edib. Qeyd etmək lazımdır ki, sosial şəbəkədə artıq Twitter Blue abunəliyi mövcuddur və o, aylıq 8$ dəyərində ödəniş müqabilində istifadəçilərə əlavə funksiyalar təqdim edir.
        Bununla yanaşı Twitter Blue abunəliyinə qoşulmuş istifadəçilər öz hesablarını təsdiqləmiş olurlar və bu halda həmin hesablar xüsusi təsdiq ikonunu əldə edirlər. Məlumata əsasən sosial şəbəkənin hamı üçün ödənişli olması ideyasının əsas məğzi ondan ibarətdir ki, hər bir istifadəçi hər ay sosial şəbəkdən istifadə üzrə müəyyən limitə sahib olacaq və həmin limitin sonlandığı halda Twitter-dən istifadənin davam etdirilməsi üçün istifadəçi müəyyən miqdarda ödəniş etməli olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda bu ideya sadəcə müzakirə mərhələsindədir və nəticədə Twitter-in hamı üçün dəqiq şəkildə ödənişli olacağını söyləmək olmaz. Bununla yanaşı Musk-ın bu ideyanı nə dərəcədə ciddi qəbul etdiyi də bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər