Elon Musk Twitter ilə bağlı gələcək planlarından danışıb

Elon Musk Twitter ilə bağlı gələcək planlarından danışıb

Sosial Media
10.11.2022 PAYLAŞIM

    Twitter-in yeni sahibi olan Elon Musk yaxın gələcəkdə sosial şəbəkədə reallaşdırılacaq yeniliklər barəsində danışıb. Twitter ilə bağlı gələcək planları barəsində Musk Twitter Spaces audio çatında sosial şəbəkənin istifadəçiləri ilə söhbət edərkən danışıb. Beləliklə Musk bildirib ki, o, kontent müəllifləri üzərindən qazanc əldə etməyi və bu mövzuda video formata daha çox diqqət ayırmağı planlaşdırır. O, ilk növbədə TikTok-un artıq uğur qazandığı bizneslərdə özünü sınamaq niyyətindədir. Twitter-də reallaşdırıla biləcək daha bir yenilik isə pul vəsaitlərinin göndərilməsi ola biər.

    Əgər bu funksiya gələcəkdə reallaşdırılsa, deməli istifadəçilər müxtəlif debet kartlarını öz istifadəçi hesablarına bağlaya biləcəklər. Bunun sayəsində onlar sosial şəbəkə daxilində pul köçürmələrini reallaşdıra bilərlər. Nəticə etibarilə Musk Twitter-i “dünyadakı hər şey üçün” nəzərdə tutulmuş tətbiqə çevirmək niyyətindədir. Çox güman ki, söhbət, super tətbiqlər kateqoriyasından gedir. Bu cür tətbiqlərə misal olaraq WeChat-ı gətirmək olar. Verilmiş məlumata əsasən Musk-ın audio çat vasitəsilə istifadəçilərlə ünsiyyəti məhz reklam verənlər üçün təşkil edilmişdi. Qeyd etmək lazımdır ki, Twitter-in CEO-su vəzifəsində qısa müddət ərzində çalışmağa başlamasına baxmayaraq Musk ilə reklam verənlər arasında hədsiz soyuqluq yaranıb.


    Reklam verənlər hətta Twitter-dəki reklam kampaniyalarını da dayandırıblar. Belə ki, onlar sosial şəbəkə daxilində olacaq dəyişikliklərdən narahatdırlar. Musk isə istifadəçilər ilə ünsiyyət çərçivəsində qeyd edib ki, Twitter reklam verənlərə sadiq olaraq qalacaq və platforma sürətli temp ilə inkişaf etməyə başlayacaq. “Keçmişdəki vəziyyətdən fərqli olaraq Twitter böyük addımlarla inkişaf edəcək. Bilirsiniz, yerdə qalan hər şeyi nəzərə almasaq, mən texnoloqam və texnologiyaları daha sürətli çalışmağa məcbur edə bilərəm. Bu isə sizin Twitter-də görəcəyiniz bir şey olacaq” - deyə Musk qeyd edib.

    Musk həmçinin sosial şəbəkədə paylaşılan kontentlər ilə bağlı olan bir çox qaydaları aradan qaldıracağına söz verib. Yaxın aylar ərzində şirkət daxilində xüsusi şura yaradılacaq və həmin şura bu cür məsələləri nəzərdən keçirtmək və Musk-a konsultasiya vermək üzrə fəaliyyət göstərəcək. Bununla yanaşı Musk videokontentlə bağlı olan sahəyə külli miqdarda vəsait yatırmaq niyyətinin olduğunu təsdiqləyib. Güman olunur ki, Twitter Blue istifadəçiləri sosial şəbəkədə 10 dəqiqəlik videoların paylaşılması imkanını əldə edəcəklər. Daha sonra bu limit 42 dəqiqəyə və bir qədər uzaq gələcəkdə bir neçə saata yüksəldiləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yaxın zamanda Whatsapp-da səsli statuslar funksiyası istifadəyə veriləcək

Whatsapp tərtibatçıları messencerə yeni funksiyalar əlavə etməyə hazırlaşırlar.


Elon Musk Twitter üçün 2 yeni təsdiq ikonunu anons edib

Elon Musk Twitter-dəki təsdiq ikonları ilə bağlı yeni qərar verib.


Elon Musk Twitter-ə səsli və video zəngləri əlavə etməyi planlaşdırır

Elon Musk-ın Twitter daxilində şirkət əməkdaşları ilə keçirtmiş olduğu görüş çərçivəsində o, qeyd ed..


Whatsapp-ın desktop versiyası Telegram-da mövcud olan funksiyanı əldə edəcək..

Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş beta versiyasında messencerdə istifadəyə veriləcək yenilik..


Twitter-də saxta istifadəçi hesabları ömürlük bloklanacaq

Elon Musk qeyd etmişdi ki, o, daha öncə Twitter-də bloklanmış istifadəçi hesablarını bərpa edəcək...

×