
Elon Musk Twitter-in ənənəvi loqosunu Dogecoin-in loqosu ilə əvəzləyib
Sosial Media
04.04.2023
Emil
Twitter-in loqosu son 10 ildə ilk dəfə dəyişib. Lakin sosial şəbəkənin loqosunda göy rəngli quş əvəzinə məşhur internet memindən olan itin üzü əks olunub. Qeyd etmək lazımdır ki, həmin itin üzü həmçinin Dogecoin adlı rəqəmsal valyutanın da loqosu qismində iştirak edir. Twitter-in loqosunun Dogecoin rəqəmsal valyutasının loqosuna dəyişdirilməsi öz növbəsində bu kriptovalyutanın qiymətinin qalxmasına səbəb olub. Loqonun dəyişməsindən sonra Dogecoin-in qiyməti təqribi olaraq 4 dəfə yüksəlib.
Qeyd etmək lazımdır ki, Elon Musk daha öncə sözügedən kriptovalyutanın qiymətinə süni şəkildə təsir göstərilməsi məsələsində günahlandırılan zaman onun adını dəfələrlə səsləndirib. Məsələn 2021-ci ilin sentyabr ayında Musk özünün Floki adlı itinin fotosunu paylaşmışdı. Məsələ burasındadır ki, Musk-ın itinin cinsi Dogecoin-in loqosundakı itin cinsi ilə eynidir. Bu isə öz növbəsində kriptovalyutanın qiymətinə ciddi təsir göstərmişdi.
Paylaş
Bənzər xəbərlər