Elon Musk Whatsapp-ı tənqid edib

Elon Musk Whatsapp-ı tənqid edib

Sosial Media
10.05.2023 PAYLAŞIM

    Twitter-də Elon Musk-ın da iştirakı ilə Whatsapp barəsində maraqlı müzakirə aparılıb. Müzakirə çərçivəsində Musk sözügedən messencer barəsində fikirlərini səsləndirib və səsləndirilmiş fikirlər heç də müsbət fikirlər deyil. Bununla yanaşı o, Meta şirkətinin fəaliyyəti ilə bağlı da ümumi fikirlərini bildirib. Twitter-in əməkdaşı Foad Dabirl öz tweet-lərindən birində messencerdən şikayət edib. O, qeyd edib ki, Whatsapp hətta onun gecə yatdığı zaman da cihazın mikrofonunu aktivləşdirib.


    Musk isə bu tweet-ə belə cavab verib. “Whatsapp-a güvənmək olmaz”. Həmin tweet çərçivəsində davam etmiş müzakirə zamanı Musk bildirib ki, Whatsapp yaradıcıları vaxtı ikən Meta-dan ayrılan zaman #deletefacebook kampaniyasını işə salmışdılar. Bununla yanaşı həmin şəxslər Signal messencerinin yaradılmasında böyük əmək veriblər. Qeyd etmək lazımdır ki, #deletefacebook kampaniyası ilə bağlı qalmaqal 2018-ci ildə baş vermişdi.

    “Aydındır ki, onların Facebook və Whatsapp-dakı dəyişikliklər barəsində öyrəndikləri məlumatlar onları nəticə etibarilə narahat edib” - deyə Musk əlavə edib. Whatsapp təmsilçiləri Twitter əməkdaşının smartfonunda messencer tərəfindən mikrofonun gecə vaxtı aktivləşdirilməsini Android-də ola biləcək problemlə əlaqələndiriblər. Məlumatda qeyd edilib ki, messencer təmsilçiləri bu problemin aradan qaldırılması üçün artıq Google ilə əlaqəyə keçiblər.



DAHA ÇOX


Whatsapp-ın beta versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası i..

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə etməyə başlayıblar.


Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər ..


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.

×