Logo
    main-post-cover

    Elon Musk: 'X brendi dünyanın ən dəyərli brendi olacaq'

        Bu həftənin əvvəlində məlum oldu ki, Elon Musk Twitter-in rebrendiqini keçirərək onun ənənəvi loqosunu X simvoluna dəyişib. Yaxın zamanda isə sosial şəbəkə Twitter əvəzinə X adını əldə edəcək. Musk-ın sözlərinə əsasən bu cür rebrendinqin əsas səbəbi ondadır ki, Twitter artıq adi sosial şəbəkə formatından universal servisə keçid edir. Universal servis formatı çərçivəsində o, hərtərəfli ünsiyyət və istifadəçilərin öz maliyyə imkanlarını idarə etmə imkanlarını təqdim edəcək.
        Musk-ın yeni bəyanatına əsasən onun X brendi dünyanın ən dəyərli brendinə çevriləcək. Bu cür bəyanatı Musk Twitter-də Bloomberg saytının xəbərinə cavab olaraq verib. Bloomberg-in xəbərinə əsasən brend adının Twitter-dən X-ə dəyişdirilməsi onun bazar dəyərini 20 milyard dollardan 4 milyard dollara endirəcək. “X brendi dünyanın ən dəyərli brendi olacaq. Mənim sözlərimi yaxşı yadda saxlayın” - deyə Musk qeyd edib. Bununla yanaşı Musk bildirib ki, bundan sonra sosial platformada paylaşılacaq postlar tweet əvəzinə x adlanacaqlar. 
    Paylaş
    Bənzər xəbərlər