Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər
Sosial Media
19.10.2023
Emil Nəcəfov
Avropa regionunda geosiyasi konfliktlərin şiddətlənməsi regionda kontentlərin moderasiyası üzrə mövcud tələblər ilə Elon Musk-ın X (keçmiş Twitter) çərçivəsində söz azadlığı məqsədi arasındakı uyğunsuzluğu ortaya çıxarıb. Nəticədə Musk Avropa Birliyinin tənzimləyici orqanlarının iddiaları ilə qarşılaşmamaq üçün X-i Avropa regionunda ümumiyyətlə deaktiv edə bilər. Bu barədə məlumatı Business Insider təqdim edib. Business Insider-in öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Musk Avropa Birliyinin rəqəmsal xidmətlər üzrə qanununun tələblərini yerinə yetirməkdən heç də məmnun deyil.
Məlumata əsasən yaranmış bu vəziyyətdən çıxış yolu kimi X-in mobil tətbiqinin Avropa Birliyi yurisdiksiyası çərçivəsində tətbiq mağazalarından silinməsi və ya bu geosiyasi bloka daxil olan ölkələrin istifadəçiləri üçün X imkanlarının bloklanması ola bilər. Qeyd etmək lazımdır ki, rəqəmsal xidmətlər barəsində qanun Avropa Birliyində bu ilin avqust ayında qüvvəyə mindi. Lakin istifadəçilərin İsrail və Fələstin arasındakı konflikt barəsində məlumatları hansı aktivliklə yaymaları X tərəfindən bu qanunu pozmasına dair fikirləri formalaşdırdı. Belə ki, şirkət sözügedən yeni qanunun tələblərinə əsasən öz sosial platformasında kontentlərin effektiv moderasiyası sistemini təmin etməlidir.
Lakin X-in bu mövzuda işləri heç də yaxşı getmir. Avropa komissarı olan Thierry Breton keçən həftə bildirmişdi ki, Avropa Komissiyası X-in regional qanunvericiliyin tələblərini yerinə yetirə bilmək bacarığı istiqamətində istintaqa start verib və zərərli, doğru olmayan məlumatların yayılmasına qarşı mübarizədə görülən tədbirlər barəsində hesabatları şirkət təmsilçilərindən tələb edib. Əgər istintaq nəticəsində X-in mövcud regional qanunun tələblərinin pozduğu aşkar edilərsə, şirkət illik dövriyyəsinin 6% həcmində cərimələnəcək. Artıq 1 ilə yaxındır ki, öz biznesini yenidən təşkil etməyə çalışan və vəsait itkiləri problemini aradan qaldıra bilməyən bir şirkət üçün bu cür cərimə ciddi riskdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
Elon Musk X (keçmiş Twitter) üçün nəzərdə tutulmuş növbəti yeniliyi anons edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!