
Elon Musk X-i (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır
Sosial Media
27.10.2023
Emil
Elon Musk X sosial şəbəkəsini (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır. Bu barədə məlumatı Musk özü dünən X əməkdaşları ilə konfrans çərçivəsində təqdim edib. Onun sözlərinə əsasən insanlar bunun necə güclü bir şey olduğundan təəccüblənəcəklər. Məlumata əsasən sosial şəbəkədə maliyyə funksiyaları 2024-cü ilin sonuna yaxın istifadəyə veriləcək.
“Mən ödənişlər barəsində danışanda hansısa şəxsin bütün maliyyə həyatını nəzərdə tuturam. Pullar, dəyərli kağızlar və digər dəyərli aktivlər. Bunların hamısı bizim platformamızda olacaq” - deyə Musk qeyd edib. Onun sözlərinə əsasən X istifadəçilərinin hətta bank kartlarına ehtiyacları qalmayacaq. X-in CEO-su olan Linda Yaccarino bildirib ki, sözügedən maliyyə funksiyaları X-də 2024-cü ilin sonuna yaxın istifadəyə veriləcək. Məlumata əsasən hal hazırda şirkət bütün ABŞ üzrə pul vəsaitlərinin köçürülməsi imkanı üçün lisenziyanın əldə edilməsi üzərində çalışır.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
