Elon Musk yeni sosial şəbəkənin yaradılması ideyasını nəzərdən keçirdir

Elon Musk yeni sosial şəbəkənin yaradılması ideyasını nəzərdən keçirdir

Sosial Media
28.03.2022 PAYLAŞIM

    Elon Musk yeni sosial şəbəkənin yaradılması ideyasını ciddi olaraq nəzərdən keçirdir. Bu barədə Musk öz Twitter hesabında abunəçilərindən birinin sualına cavab olaraq verib. Onun abunəçilərindən biri belə bir sual verib: “Siz sosial şəbəkələr üçün yeni platforma yarada bilərsinizmi? Elə bir platforma ki, onun alqoritmləri açıq mənbə koduna sahib olsunlar və orda söz azadlığı ilə söz azadlığı prinsiplərinə riayət birinci dərəcəli şərt olsun. Və təbii ki, həmin platforma da propaqanda minimal olsun. Düşünürəm ki, bu cür platformaya ehtiyac var”. Musk isə buna cavab olaraq “Mən bu barədə ciddi şəkildə düşünürəm” - deyə qeyd edib. Bundan 1 gün əvvəl Musk öz Twitter hesabında abunəçiləri arasında sorğu keçirtmişdi və həmin soğurda istifadəçilərin, Twitter-in söz azadlığı prinsiplərinə riayət etdiyinə inanıb-inanmadıqları sualı verilmişdi.


    Sorğuda iştirak etmiş istifadəçilərin 70%-i buna inanmadığını qeyd etmişdi. Son zamanlarda Musk Twitter-in siyasətini tənqid edir. Onun fikirlərinə əsasən sosial şəbəkə söz azadlığı prinsiplərinə əməl etməyərək demokratiyanı sarsıdır. Əgər Musk yeni sosial şəbəkənin yaradılması ideyasını həyata keçirtsə, o, söz azadlığı uğrunda mübarizə aparmaqla Facebook, Twitter Youtube kimi mövcud platformaların yalnız senzura ilə məşğul olduqlarını düşünən istifadəçi kütləsini özünə cəlb etməyə çalışan texnoloji şirkətlərin siyahısına daxil olacaq. Qeyd etmək lazımdır ki, yeni yaradılmış Truth Social, Gettr Parler kimi sosial şəbəkələrdən heç biri yuxarıda qeyd edilmiş platformalar kimi hələ yüksək istifadəçi kütləsi ilə məşhurluğu əldə etməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq

Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam..


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..

×