Endorphin beynəlxalq festivalda 4 mükafat qazandı!
Sosial Media
03.10.2019
Farid Pardashunas
Azərbaycan marketinq sahəsində fəaliyyət göstərən “Endorphin” reklam agentliyi beynəlxalq “Red Jolbors” festivalında 4 mükafat birdən qazandı.
“Red Jolbors” Mərkəzi Asiyada keçirilən kommunikasiya festivalıdır ki, bu ilki təbdir Qazaxıstanın Almatı şəhərində keçirildi. Sahəsinin peşəkarları və entuziastları həm işlərini təqdim edir, həm də müxtəlif kateqoriyalar üzrə bölgənin ən seçilən işlərini dəyərləndirirlər. “Kampaniyalar”, “Digital”, “PR”, “Brendinq”, “Marketinq proyektləri”, “Konsept” və başqa kateqoriyalarda il ərzində yaddaqalan reklam işlərini mükafatlandırırlar.
“Endorphin” reklam agentliyinin “İtirdiyimiz Qızlar” və “Dünya Sağlığına Günü” kampaniyaları müxtəlif kateqoriyalarda mübarizə apardı. Selektiv abortlara diqqət çəkən “İtirdiyimiz Qızlar” kampaniyası “PR” kateqoriyasında qızıl, “Digital” və “Kampaniyalar” kateqoriyası üzrə isə bürünc mükafata layiq görüldü. “Dünya Sağlığına Günü” kampaniyası isə “Digital” kateqoriyasında daha bir bürüncü əldə etdi.
Ümumilikdə “Endorphin” reklam agentliyi festivalda bir qızıl və üç bürünc qazandı.
Missing Girls: https://vimeo.com/332699515
Fake Cheers Day: https://vimeo.com/31528246
Missing Girls: https://vimeo.com/332699515
Fake Cheers Day: https://vimeo.com/31528246
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ