Facebook 6.8 milyon istifadəçinin fotolarını kənar tətbiqlərə ötürmüş sistem boşluğundan danışıb

Facebook 6.8 milyon istifadəçinin fotolarını kənar tətbiqlərə ötürmüş sistem boşluğundan danışıb

Sosial Media
14.12.2018 PAYLAŞIM

    İstifəçilərin hesablarındakı fotoları əldə etmək imkanına sahib olmuş tətbiqlər həmçinin public şəkildə paylaşılmamış fotoları da əldə etmiş ola bilərlər. Bunun əsas səbəbi API-da olan səhv olub. Həmin səhv ucbatından kənar tətbiqlər istifadəçilərin public olmayan fotolarını əldə etmiş ola bilərlər. Bu hadisə 6.8 milyon istifadəçini əhatə etmiş ola bilər. Bu barədə Business Insider saytı xəbər verib. Qeyd etmək lazımdır ki, söhbət o tətbiqlərdən gedir hansılar ki, istifadəçilərin özəl fotolarını əldə etmək üçün onlardan icazə istəyirlər.

    Adətən Facebook həmin tətbiqlərə yalnız istifadəçilərin öz hesablarında paylaşdıqları public fotoları təqdim edir. Lakin API-da baş vermiş sistem boşluğu sayəsində kənar tətbiqlər istifadəçilərin Facebook Stories-də, Marketplace-də paylaşdıqları fotoları və həmçinin istifadəçilərin sosial şəbəkəyə yükləyib, lakin paylaşmadıqları fotoları da əldə etmiş ola bilərlər. Sonuncu hal çox güman ki, ona görə baş verib ki, Facebook yüklənmiş fotonun kopyasını özündə saxlayır.

Bənzər xəbər


    API-dakı səhv bu ilin 13-25 sentyabr tarixləri arasında olub. Həmin vaxtda API-dakı səhv ucbatından istifadəçilərin özəl fotoları 1500 tətbiqə açıq idi. Facebook şirkəti bu səhvin əhatə etdiyi istifadəçilərə xüsusi bildiriş və özəl fotoları əldə etmiş tətbiqlərin siyahısı göndəriləcək. Facebook şirkəti həmçinin həmin tətbiqlərlə əlaqə saxlayacaq və əldə edilmiş fotoların silinməsini tələb edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib..

Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası büt..


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..

×