
Facebook Instagram Lite tətbiqini işə salıb
Sosial Media
11.03.2021
Emil
Facebook şirkəti Intagram-ın daha sadələşdirilmiş versiyası olan Instagram Lite-ı işə salıb. Sözügedən versiya daxili yaddaşı az olan smatfonlar üçün nəzərdə tutulub. Belə ki, Instagram Lite smartfonda cəmi 2 MB yer tutur. Qeyd etmək lazımdır ki, adi Instagram-ın həcmi isə 35 MB təşkil edir. Instagram Lite-da yalnız əsas funksiyalar mövcuddur.
Məsələn Lite versiyada üz üçün artırılmış reallıq filtrləri mövcud deyillər. Bununla yanaşı Instagram Lite-da Dark Mode rejimi də yoxdur. Lakin tətibatçılar söz veriblər ki, onlar yaxın yenilənmələrdə Lite versiyaya Dark Mode rejimini əlavə edəcəklər. Tərtibatçılar Instagram Lite tətbiqini Facebook Lite əsasında yaradıblar. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq 2018-ci ildən test olunur. Instagram Lite tətbiqini Google Play-dən yükləmək olar.
.jpg)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
