Facebook-a Dark Mode və Koronavirus izləmə funksiyaları gəlir (Android)

Facebook-a Dark Mode və Koronavirus izləmə funksiyaları gəlir (Android)

Sosial Media
07.06.2020 PAYLAŞIM

        Facebook uzun zamandır ki, Android versiyasına Dark Mode gətirmək üçün işləyir. Yeni çıxan xəbərlərə görə isə artıq Dark Mode funksiyası tam hazırdır və istifadəyə verilməsi planlanır. Həmçinin bəzi başqa yeniliklər də istifadəyə veriləcək. Bunlardan biri Koronavirus izləmə, digəri isə Səssiz Mod adı verilən funksiyadır.

Facebook, Android versiyası üçün Dark Mode funksiyasını artıq tamamlayıb və istifadəyə verməyə hazırlaşır.


        9to5Google tərəfindən verilən məlumata görə yeni Dark Mode funksiyası Android 10 ilə tam uyğun işləyə bilir. Lakin Android 10-dan daha aşağı sistemlərdə də Ayarlar menyusundan aktivləşdirilə biləcək. Digər bir yenilik isə Koronavirus izləmə funksiyadır. Beləliklə istifadəçilər bu funksiya ilə olduqları bölgədə koronavirusa yoluxanların sayını izləyə biləcək. Verilən statistika 3 həftəni əhatə edəcək. Səhifənin ən yuxarısında isə dünya üzrə yoluxanların sayı göstəriləcək.

        3-cü bir yenilik isə Səssiz Mod olacaq. Bu yenilik ilə istifadəçilər Facebook tərəfindən göndərilən bütün bildirişləri səssizə ala biləcəklər. Bu funksiya hal-hazırda iOS versiyada aktivdir. Lakin Android üçün növbəti günlərdə aktivləşdiriləcək. Bundan başqa Səssiz modu müəyyən saat aralığı üçün də planlamaq mümkün olacaq. Beləliklə istifadəçi həmin saat aralığında Facebook-dan heç bir halda bildiriş almayacaq.

        Bəhs etdiyimiz bu 3 yenilik hələki bütün istifadəçilər üçün aktivləşdirilməyəcək. Müəyyən sayda istifadəçiyə verildikdən sonra dünya üzrə hər kəs üçün açıq hala gətiriləcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google pandemiya zamanı istifadəçilərin davranışlarını müşahidə edərək 3 yeni te..

Google şirkəti pandemiya dövrü başlayandan istifadəçilərin internetdəki davranışlarını araşdırıb...


Daha çox reklam: Youtube videolarında reklam elanları üzrə yeni qaydalar qüvvəyə..

Google təmsilçiləri şirkətin rəsmi bloqunda Youtube videolarındakı reklam elanları üzrə yeni qaydala..


Balansını artır, Azercell-dən 'Umico'ya ikiqat keşbək qazan!

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər...


Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsap..


Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumil..

Bu göstərici 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.


Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar..

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmı..

×