Facebook'a İnstagram'ın bir funksiyası gəlir: Yaxın Dostlar
Sosial Media
25.11.2019
Nijat Hamid
Son illərdə Facebook-da istifadəçi sayında geriləmələr var. Şirkət bunun fərqində olduğu üçün sosyal medya platformasını daima yeniliklər ilə aktiv tutmağa çalışır. Bu səfər isə İnstagram-da mövcud olan "Yaxın Dostlar" funksiyası Facebook-a inteqrasiya edilir. Qeyd edək ki, bəhs edilən funksiya keçən il İnstagram-da Hekayələr hissəsinə əlavə edilmişdi və paylaşılan hekayəni yalnızca yaxın dostlar olaraq seçdiyiniz insanlar görə bilirdi.
Facebook daha əvvəllər də buna bənzər bir-iki funksiya əlavə etmişdi, lakin istifadəçilərdən müsbət geri dönüşlər almadığı üçün ləğv edildi.
Hər nə qədər istifadəçi itirsə də sosyal medya nəhəngi Facebook ən böyük platforma olaraq liderdir. Şirkət İnstagramdakı funksiyaya bənzər bir neçəsini illər öncə Facebook-da yoxlamışdı. Bunlar istifadəçiləri qruplara ayırmaq, xüsusi dostlar siyahısı düzəltmək və s. kimi funksiyalar idi. Bilinən məlumatlara görə şirkət bunu təkcə Hekayələr ilə sərhədləmək istəmir. Mesajlar hissəsinə də əlavə edilməsi düşünülür, həmçinin yaxın dostlar siyahısı ilə lokasiya paylaşımı, sual-cavab kimi funksiyalar ilə birləşdirməyi düşünür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!