main-post-cover

    Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

    Sosial Media
    03.06.2020
    Emil Nəcəfov
        Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib. Bu funksiya vasitəsilə istifadəçilər köhnə paylaşımlarını ya bir-bir ya da qrup halında arxivləşdirə və ya silə bilərlər. Bu barədə Vc.ru saytı xəbər verib. Əgər istifadəçi hansısa paylaşımını öz dostlarından gizlətmək istəyirsə onu arxivləşdirə bilər. Əgər istifadəçi hansısa paylaşımı silmək istəyirsə, onu zibil qabına (Recyce Bin) əlavə etməlidir.
        Zibil qabına əlavə edilmiş paylaşım 30 gün müddətində orda qalandan sonra avtomatik olaraq silinəcək. Paylaşımları bir-bir və ya qrup halında arxivləşdirmək üçün filtrdən (konkret vaxt, tərz (foto, video, mətn) və işarə edilmiş hansısa şəxs üzrə paylaşımlar) istifadə etmək olar. Hal hazırda bu yeni funksiya Facebook-un standart mobil tətbiqində aktivdir. Yaxın zamanda o, Facebook Lite tətbiqində və sosial şəbəkənin veb versiyasında aktivləşdiriləcək.
     
    Linki kopyala