Facebook-a köhnə xəbərlərlə bağlı yeni bir funksiya gəlir
Sosial Media
28.06.2020
Nijat Hamid
Facebook bildiyiniz kimi son illərdə saxta və yalan xəbərlərlə bağlı mübarizə aparmağa çalışır. Artıq bu xəbər kateqoriyasına köhnə xəbərlər də daxil edilir. İstifadəçilər bəzən sosial mediada köhnə xəbərləri yeni xəbər kimi təkrar gündəmə gətirə bilir. Facebook da bunun olmaması üçün yeni bir bildiriş sistemi funksiyası əlavə edəcək.
Facebook paylaşılan xəbərin köhnə olması haqqında istifadəçilərə məlumat verəcək.
Facebook rəsmilərinin bildirdikləri məlumata görə istifadəçilər 90 gündən daha köhnə bir xəbəri paylaşdıqları zaman onlara bildiriş göstəriləcək. Rəsmilərin sözlərinə görə yeni funksiya ilə birliktə köhnə xəbərlərin təkrar gündəmə gətirilməsi azalacaq və istifadəçilərin qarşısına daha yeni xəbərlər çıxarılacaq. Lakin bu yeni funksiyanın nə qədər effektiv olacağını demək hələki mümkünsüzdür. Qeyd edək ki, bu bildiriş sisteminin bir bənzəri də Instagram platformunda mövcuddur. Yaxın günlərdə yeni funksiyanın istifadəyə verilməsi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ