Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial Media
29.05.2020 PAYLAŞIM

        Sosial media nəhənglərindən olan Facebook yeniliklər gətirməyə davam edir. Lakin bəhs edəcəyimiz bu yeniliyin gətirilmə səbəbi çox da yaxşı deyil. Hindistanda qadınlara Facebook üzərindən göstərilən tacizlərin ciddi şəkildə artması səbəbilə şirkət bəzi yeniliklər gətirdi. Beləki artıq Facebook profilini kilidiləmək mümkün olacaq.

Yeni funksiyaya əsasən istifadəçilər öz Facebook hesablarını dostluqdakı istifadəçilərdən başqa hər kəsə qarşı kilidləyə biləcəklər.


        Profili kilidləyən istifadəçinin bütün məlumatları və paylaşımları gizlədilir. Sadəcə dostluqdakı istifadəçilər görə bilir. Həmçinin dostluqda olmayan istifadəçilər cover şəklini görə bilməyəcək və profil şəklini isə sadəcə kiçik ölçülərdə görə biləcək, lakin yükləyə bilməyəcək. Facebook rəsmilərinin dediklərinə görə bu yeni funksiya ilə birliktə bir neçə təhlükəsizlik ayarı eyni anda tətbiq olunur. Qeyd edək ki, yeni funksiya indilik sadəcə Hindistanda istifadə verildi. Lakin yaxın aylarda bütün istifadəçilər üçün istifadəyə verilməsi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Balansını artır, Azercell-dən 'Umico'ya ikiqat keşbək qazan!

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər...


Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsap..


Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumil..

Bu göstərici 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.


Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar..

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmı..


Facebook-a köhnə xəbərlərlə bağlı yeni bir funksiya gəlir

Sosial media nəhəngi olan Facebook-a könhə xəbərlərlə bağlı yeni bir bildiriş funksiyası gəlir. ..


Məşhur şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər: Səbəb nədir?..

Rakuten Viber şirkəti Facebook ilə olan əməkdaşlığını tamamilə dayandırdığını elan edib. ABŞ-da olan..

×