
'Facebook' anonim şəkildə komplimentlər göndərən Tbh adlı mobil tətbiqi aldı
Sosial Media
17.10.2017
Emil
“Facebook”, iOS üçün nəzərdə tutulmuş və anonim şəkildə digər insanlara kompliment göndərmək imkanını verən Tbh adlı tətbiqi alıb.
The Verge saytının verdiyi xəbərə əsasən
Tbh tamamilə ayrıca servis kimi öz fəaliyyətini davam etdirəcək. Bu cür
strategiya “Facebook”
üçün artıq ənənəvidir. Belə ki, Instagram və WhatsApp-ın alışından sonra da
sözügedən servislər “Facebook”dan asılı olmayaraq inkişaf etməyə davam etdilər.
Tbh tətbiqinin 4 nəfər yaradıcısı “Facebook”un əməkdaşına çevriləcək və şirkətin
baş ofisinə köçəcəklər.

Məlumata əsasən bu servisin alınması “Facebook”a 100 milyon dollardan ucuz başa gəldi.
Lakin buna baxmayaraq şirkət bu barədə heç bir fikir söyləməyib. Qeyd etmək
lazımdır ki, Tbh özü müsbət komplimentləri təklif edir. İstifadəçilər isə
komplimentlərin çatacaqları yalnız 4 nəfəri seçə bilərlər. Komplimenti göndərənin
adı əks olunmur. Tbh tətbiqi bu ilin Avqust ayında istifadəyə verildi. Bu qısa
zaman ərzində həmin tətbiqi 5 milyon dəfə yüklədilər. Göndərilmiş komplimentlərin
sayı isə 1 milyardı keçdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
